Rusiya XİN: “Xəzərin yekun statusu haqda sənəd gələn il imzalanacaq”

Xəzər dənizinin hüquqi statusu haqda yekun sənəd 2016-cı ildə imzalan bilər.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin XİN-in Həştərxanda keçirilən səyyar toplantısında bildirib.
“Konvensiya layihəsi üzrə danışıqları 5 suveren dövlət tərəfindən aparılır. Bütün tərəflər bir şeydə yekdildilər ki, sənəd iştirakçı dövlətlərdən hansısa birinin diktəsi ilə qəbul oluna bilməz. Nə vaxt ki, tərəflər həlledici məsələlər üzrə konsensus əldə edəcəklər, o zaman da iş yekunlaşacaq”, – deyə, nazir müavini vurğulayıb.
Karasin sənəd mətninin əks hissəsinin artıq razılaşdırıldığını da söyləyib.