XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Mart 2016 - 14:03

Kəmaləddin Heydərov şikayətçiləri qəbul etdi,tapşırıqlar verdi

kamaleddin-1

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Ağcabədi rayonunda vətəndaşları qəbul edib.

Nazirlikdən verilən məllumata görə, Ağcabədi Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşların şikayətlərinə yerində baxılması üçün sözügedən rayonların icra başçılarının birinci müavinləri də qəbula dəvət olunub.

Qəbul zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlər yerindəcə araşdırılıb.

Vətəndaşların digər sahələrə aid şikayət və müraciətləri isə qeydə alınaraq, həlli üçün aidiyyəti qurumlara ünvanlanması barədə tapşırıq verilib.