XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2020 - 13:21

Qardabanidə COVID-19:yoluxanların sayı 60-a yaxınlaşıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda indiyədək koronavirusa 59 yoluxma halı təsdiqlənib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, bu göstərici ölkə üzrə ümumi yoluxmaların 4%-ni təşkil edir.

Mərkəz rəhbərinin sözlərinə görə, Qardabani üzrə qeydə alınan yoluxma hallarının 29-u Qaracalar kəndinin payına düşüb: “Gürcüstanda hazırda iki “qaynar nöqtə” var. Bunlar Qardabani rayonu və Qaracalar kəndidir”.

A.Qamkrelidze rayon üzrə 3 394 nəfərin testdən keçirildiyini, 142 nəfərin isə karantinə yerləşdirildiyini qeyd edib. (report)