XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

20 May 2015 - 02:43

Avropa Şurasının Nazirlər Komitəsində sədr dəyişikliyi oldu

Xəbər verdiyimiz kimi, Belçikanın paytaxtı Brüsseldə Avropa Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə qurumun Nazirlər Komitəsinin 125-ci sessiyası keçirilib.

Strateq.az bildirir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da şıxış etdiyi sessiyada Nazirlər Komitəsinə sədrlik dəyişib. Belə ki, Belçikanın xarici işlər naziri Didye Reyndersi Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Crnadaka əvəzləyib.

Altı ay ərzində Nazirlər Komitəsinə sədrlik edəcək İqor Crnadak ölkəsinin bu müddətdəki fəaliyyətinin prioritetlərindən bəhs edib.

Xatırladaq ki, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik rotasiya qaydasında aparılır.