XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2020 - 19:32

Bu xəstəlik koronavirusdan ölüm riskini 12 dəfə artırır –Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri

Şəkər xəstəliyi koronavirusdan ölüm riskini 12 dəfə artıra bilər.

“MedicalXpress” xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri yayıb.

Bildirilib ki, koronavirusa yoluxmuş diabetli insanların digər xəstələrlə müqayisədə 6 dəfə daha çox xəstəxanaya yerləşdirilməyə ehtiyac olur. Bununla belə, koronavirusa yoluxanlar üçün diabet ürək-damar xəstəliklərindən sonra ikinci ən riskli xəstəlikdir.

San-Fransiskonun Kaliforniya Universitetinin alimləri qeyd ediblər ki, şəkər xəstəliyi bir sıra daxili orqanların fəaliyyətinə mənfi təsir edir və böyük sayda ağırlaşmalara yol açır. Bunlar böyrək xəstəlikləri, insult, miokard infarktı, amputasiyayadək çatan əl-ayağın innervasiyası, həmçinin gözün zəifləməsidir. Ən ciddi ağırlaşma isə immun sisteminin təsirinin azalmasıdır.

Araşdırmaçılar diabetli insanları mütəmadi olaraq onları müalicə edən həkim və sosial işçilərlə əlaqə saxlamağa çağırır, habelə qanda şəkərin yüksəlməsi kimi təhlükəli olan hipoqlikemiyanın (qanda şəkərin normal həddən az olması) yaranma ehtimalına nəzarət etməyi tövsiyə edirlər. (report)