“Qardabani rayonunda bəzi insanlar koronavirusla bağlı test olunmaqdan imtina edirlər”.
Bunu rayon meri Ramaz Budaqaşvili deyib.
Onun sözlərinə görə, buna görə də əhali arasında testlərin aparılması qapıdan-qapıya prinsipi üzrə həyata keçirilir.
Mer bildirib ki, Qaracalar kəndində epidemioloqlardan ibarət iki qrup fəaliyyət göstərir: “Qardabanidə COVID-19-a ilk yoluxma halı qeydə alınandan sonra 1 900 nəfər PCR testindən keçirilib”.
Qeyd edək ki, indiyədək Qaracalarda 31 nəfərdə koronavirus aşkarlanıb/Report.