XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2020 - 21:56

“Google” işçilərinə 2021-ci ilin yayınadək evdən işləməyə icazə verib

ABŞ-ın “Google” şirkəti işçilərin arzusuna görə onlara 2021-ci ilin iyulunadək onlayn rejimdə işləməyin davam etdirilməsinə icazənin verilməsi ilə bağlı qərar qəbul edib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, şirkətin baş direktoru Sundar Piçainin əməkdaşlara müraciətində deyilir: “Əməkdaşların gələcəyi planlaşdırması üçün biz ofisdə olmanı tələb etməyən vəzifələr üçün 2021-ci il iyunun 30-dək evdən könüllü işləmək imkanını uzadırıq”.

Baş direktor bildirib ki, “Google” şirkətinin müxtəlif ölkələrdə yerləşən 40-dan çox ofisi artıq fəaliyyətini bərpa edib.

Şirkət əvvəlcə işçilərin 2020-ci ilin sonunadək onlayn rejimdə işləyəcəyini bəyan etmişdi.

Pandemiya dövründə dünyada 16,4 milyon koronavirusa yoluxma faktı qeydə alınıb, xəstələnənlərin təxminən 650 mini həyatını itirib, daha 10 milyon isə sağalıb.