XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2020 - 00:23

Assosiasiya:"Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər"

Azərbaycanda turizm şirkətləri müştərilərinə hələlik aviabilet sata bilmirlər.

Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov deyib.

Onun sözlərinə görə, “Türk Hava Yolları”nın turizm şirkətlərinə müraciətinə əsasən, turizm şirkətləri turistlərə biletləri yalnız avqust ayının 1-dən sonra sata bilərlər:

“Buna görə də hazırda turizm şirkətləri aviabiletlərin satışı sahəsində fəaliyyət göstərmirlər. Amma müştərilər özləri onlayn şəkildə bilet alaraq, sərbəst qaydada Türkiyəyə gedə bilərlər”.