Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarında yanğıntılı hava şəraiti müşahidə olunur.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, küləklə müşahidə olunan yanğıntılı hava şəraiti bir sıra fəsadlar törədib.
Belə ki, Daşkəsən rayonunda leysan yağış səbəbindən bəzi ərazilərdə təsərrüfata zərər dəyib. Avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Samux rayonunun da bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb.
Şəmkir rayonunda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilməsi dayandırılıb. Avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir. Dağlıq rayonlarda güclü ildırım çaxır.