XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

29 İyul 2020 - 10:20

Hacıqabulda koronavirus xəstəsi yaşadığı ünvanı tərk edib- VİDEO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları və Rayon Mərkəzi Xəstəxanasının həkim briqadasının keçirdikləri reydlər zamanı koronavirusa yoluxmuş şəxsin evi qanunsuz olaraq tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları və həkimlər tərəfindən keçirilmiş reydlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış şəhər sakini Xəqani Cəfərov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

X.Cəfərovun şəhər ərazisində olduğu yer müəyyən edilmiş və dərhal təcili tibbi yardım avtomobilinə mindirilərək Sabirabad rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.