Ermənistanın müxtəlif bəhanələr altında münaqişənin mahiyyətini təhrif edən və işğalın nəticələrinin möhkəmlənməsinə hesablanmış cəhdlərini qətiyyətlə pisləyirik.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Dağlıq bölgəsinin azərbaycanlı icmasının yaydığı bəyanatda bildirilib.
“Belə ki, Ermənistanın əlaltısı olan qondarma rejim danışıqların formatı ilə bağlı cəfəng iddialarından əl çəkməyərək özünü yenidən “münaqişə tərəfi” kimi təqdim etməyə çalışıb.