XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

29 İyul 2020 - 22:04

Bakı polisi:"Göstərişlərə əməl etməyənlərə cərimə tərtib edilir"

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirləri paytaxtın bütün rayonlarını əhatə edir.

“Report” xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrası davam etdirilir.

Göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.