XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2020 - 11:30

Dünyada COVID-19:yoluxanların sayı 17 milyonu keçib

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 17 milyonu keçib.

Bu barədə ABŞ-ın Cons Hopkins Universitetinin hesablamalarında bildirilir.

Universitetin məlumatında yoluxanların sayının 17 029 206 nəfərə çatdığı açıqlanıb. İndiyədək koronavirusdan 667 011 nəfər vəfat edib, 9 948 163 nəfər sağalıb.

Ən yüksək yoluxma ABŞ-da qeydə alınıb – 4 426 982 nəfər. ABŞ-da infeksiyadan ölənlərin sayı 150 713, sağalanların sayı 1 389 425 nəfərdir.

Yoluxma səviyyəsinə görə ikinci yerdə Braziliya gəlir – 2 552 265 nəfər. Braziliyada COVID-19-dan 90 134 nəfər vəfat edib, 1 922 802 nəfər sağalıb.

Üçüncü yerdə isə 1 581 963 yoluxma sayı ilə Hindistandır. Hindistanda koronavirusa yoluxanlardan 34 955 nəfəri vəfat edib, 1 019 735 nəfər sağalıb/APA.