Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Tibb elmləri doktoru, professor Allahverdiyev Adil Məhəmmədəli oğlu V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İstitutuna direktor vəzifəsinə təyin edilib.
Strateq.az TƏBİB-ə istinadla xəbər verir ki, A.Allahverdiyev artıq bu gün kollektivə təqdim edilib.