XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 July 2020 - 20:56

Azərbaycan millisinin yeni baş məşqçisi azərbaycanca danışdı:"Biz birlikdə böyük uğurlara imza atacağıq"

AFFA ilə rəsmi müqavilə imzalayan Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi təyinatı ilə bağlı danışıb.

AFFA-nın rəsmi “Facebook” səhifəsində açıqlama verən italiyalı mütəxəssis fikirlərini Azərbaycan dilində ifadə edib.

64 yaşlı baş məşqçi əvvəlcə hamını salamlayıb: “Mən Canni De Byazi. Biz birlikdə böyük uğurlara imza atacağıq. Birlikdə inanaq”.

Qeyd edək ki, De Byazi ilə müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir/Report.