Azərbaycan prezidenti İlham Əliyev bu gün iki vəzifəli şəxsə general-mayor rütbəsi verilməsi haqda da sərəncam verib.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Məmmədəli oğlu Bağırova da general-mayor ali hərbi rütbəsi verilib.