XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 July 2020 - 23:31

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ümumtəhsil internat məktəbi- Meyarlar müəyyənləşib

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ümumtəhsil internat məktəbi ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməlidir. 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Ümumi təhsil müəssisələrinin novləri üzrə Meyarlar”da əksini tapıb .

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ümumtəhsil internat məktəbi üzrə meyarlar aşağıdakılardır:

– tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

-təhsilalanların valideynlərini itirmiş və valideyn himayə- sindən məhrum olmuş uşaqları əhatə etməsi;

-şagirdlərin məktəbə yaşadıqları rayonun (şəhərin) icra hakimiyyətinin qərarına əsasən qəbul olunması;

-zəruri hallarda şagirdlərin müvafiq rayon (şəhər) təhsil şöbəsinin, yaxud polis idarəsinin təqdimatı əsasında qəbul olunması;

-şagirdlərin tam dövlət təminatında saxlanılması;

-ştat sayının “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli 157 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi;

-məktəbin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin tələblərinə uyğun təşkili.