XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

30 İyul 2020 - 23:55

Lisey üzrə digər meyarlar müəyyənləşib- Qərar

Lisey ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməlidir .

APA-nin məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Ümumi təhsil müəssisələrinin növləri üzrə Meyarlar”da əksini tapıb .

Lisey üzrə digər meyarlar aşağıdakılardır:

-tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

– müvafiq təmayüllər (humanitar, texniki, təbiət və digər) üzrə tədrisin təşkil edilməsi;

– istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyənləşdirilərək liseyə qəbul edilməsi;

-fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların liseyə müsabiqədənkənar qəbul edilməsi;

-istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

– ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

– ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.