XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

31 İyul 2020 - 09:12

Cəlilabadda traktor minik avtomobili ilə toqquşub:1 nəfər ölüb

Cəlilabadda yol qəzası ölümlə nəticələnib. 

Qəza Göytəpə şəhəri ərazisində baş verib.

Şəhər sakini, Mehdi Xasay oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə traktor toqquşub. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1993-cü il təvəllüdlü Asim Ramiz oğlu Allahverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (apa)