XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2020 - 09:25

Türkiyəyə səfər edən azərbaycanlıların sayı kəskin azalıb –Nazirlik

2020-ci ilin iyununda Azərbaycandan Türkiyəyə 2 810 turist səfər edib ki, bu da 2019-cu ilin iyunu ilə müqayisədə 96,49 faiz azdır.

Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,31 faiz təşkil edib.

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 127 379 şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63,77 faiz azdır.

2020-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,83 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2020-ci ilin iyununda Türkiyəyə 214 768 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 95,96 faiz azdır.

2020-ci ilin yanvar-iyun aylarında 4 507 479 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75,06 faiz azdır.