XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2016 - 23:05

Nazirlər Kabinetindən daha bir qərar –Təhsil Nazirliyində yeni idarə yaradıldı

nazirler-kabineti

Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edilib

Qərara əsasən, “Gəncə şəhər İnternat tipli futbol təmayüllü gimnaziya" Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Təhsil Nazirliyinin tabeliyində olan təşkilatların siyahısına isə “Akkreditasiya və Nostrifikasiya İdarəsi" əlavə edilib.

Qərar imzalandığı gündən qüvvəyə minir.(lent.az)