XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

20 May 2015 - 05:44

Yanan binada Avropa Oyunlarının könüllüsü də həlak olub

bina yan.jpg

Mayın 19-da Bakıda yaşayış evində baş vermiş yanğın nəticəsində dünyasını dəyişənlər arasında Bakı-2015 Avropa Oyunlarının könüllüsü də olub.
Apasport.az saytının məlumatına görə, həlak olanlardan biri Oyunların “Alov qoruyanlar”ı komandasında yer alan Eyvazova ülkər Hamir qızıdı.
21 yaşlı ülkərlə yanaşı, anası Şirinova Zülfiyyə Yavər qızı və qardaşı Eyvazov Davud Hamir oğlu da faciəli şəkildə dünyasını dəyişib.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu hadisədən kədərləndiyini bildirir və mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, bu 3 nəfər həmçinin, Azərbaycan yığmasının sabiq futbolçusu Emin Quliyevin yaxın qohumlarıdı.