XƏBƏR LENTİ

03 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2020 - 10:22

Gürcüstanda koronavirus:yoluxanların sayı 1 177-yə çatdı

Gürcüstanda son sutkada  koronavirusa 6 yeni yoluxma halı təsdiqlənib, daha 8 nəfər sağalıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 177, sağalanların sayı isə 955 nəfərə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 17, aktiv koronavirus xəstələrinin sayı isə 205 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantində 6 969, stasionar nəzarətdə isə 285 nəfər saxlanılır.