XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2020 - 16:29

Bakıda intihara cəhdin qarşısı alınıb –FHN

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.