XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2020 - 21:14

Şəmkirdə yük maşını minik maşını ilə toqquşub:xəsarət alan var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan qoşqulu yük maşını ilə “Niva” markalı minik maşını toqquşub. Qəza zamanı “Niva”nın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, qəzaya səbəb yağışlı hava olub.

Faktla bağlı araşdırma aparılır.