XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 August 2020 - 09:36

Gürcüstanda koronavirus:daha 2 nəfər yoluxub

Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb, 4 pasiyent isə sağalıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin sayı 1 179, sağalanların sayı isə 959-a çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib. Aktiv koronavirus xəstələrinin sayı isə 203 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə 6 919 nəfər karantində, 251 nəfər isə stasionar nəzarətdə saxlanılır. (report)