XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Avqust 2020 - 23:17

General Firudin Nəbiyev vəfat etdi –Türkiyədə

Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, general-leytenant Firudin Nəbiyev bu gün vəfat edib.

Strateq.az xəbər verir ki, yayılan məlumata görə, F.Nəbiyev müalicə olunduğu Türkiyədə vəfat edib.

Xatırladaq ki, Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olub. O, 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Elə həmin ilin avqust ayından Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Prezidentinin 1 iyul 2003-cü il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidentinin 15 avqust 2006-cı il tarixli sərəncamı ilə F.Nəbiyevə general-mayor hərbi rütbəsi verilib.

F.Nəbiyev Azərbaycan Prezidentinin 13 fevral 2012-ci il tarixli sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib. Dövlət başçısının 6 mart 2012-ci il tarixli sərəncamı ilə III dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri ali xüsusi rütbəsi verilib.