XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 August 2020 - 09:57

Şəkidə karantin rejimini pozanlar cərimə olunur –FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə qarşı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən böyük supermarketlərdə keçirilən reyd zamanı bəzi müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkar edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, sanitar-gigiyenik tələblər izah olunub.

Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi bildirilib.

Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, 100 manat məbləğində cərimə olunublar.