XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 August 2020 - 19:56

Ev itlərində koronavirus aşkarlanıb –Yaponiyada

Yaponiyada ev heyvanlarında koronavirus aşkarlanıb.

Məlumatı “CNN Turk” yayıb.

Bildirilib ki, iki ev itində keçirilən COVİD-19 testinin nəticəsi müsbət çıxıb. İtlərin koronavirusa yoluxan sahibləri təcriddə olduqları müddətdə onlar müvəqqəti baxım yerlərində saxlanılıblar. Firmadan vurğulanıb ki, itlərdə heç bir simptom müşahidə etməyiblər. Onlardan birinin testinin nəticəsi bir müddət sonra mənfi çıxıb.

Şirkət rəsmiləri virusun həqiqətən heyvanlara ötürüldüyünü söyləməyin hələ tez olduğunu qeyd ediblər. Virusun itlərə yalnız ağız təması ilə keçdiyi ehtimal olunur. Bununla belə, qəti bir diaqnoz üçün antikor testlərinin keçirilməsinin zəruriliyi də vurğulanıb/Report.