Daha bir qrup Azərbaycan vətəndaşı Rusiya-Azərbaycan dövlət sərhədindən Vətənə gətirilib.
Bu barədə Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin hal-hazırda Dərbənd şəhərində olan nümayəndəsi Ruslan Quliyev məlumat verib.
Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbindən Dağıstan ərazisində qalan daha 260 vətəndaşımızın bu gün Rusiya-Azərbaycan quru sərhədindən keçərək vətənə gətirilməsi təmin olunub/APA.