“Son illər Bakı şəhərində binaların fasadlarının və dam örtüklərinin dəyişdirilməsi dövlət büdcəsinin investisiya bölməsinin dəyişməyən və hər il orta hesabla 180-220 milyon manat vəsait ayılan maddələrindəndir. Bundan əlavə regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində də hər bir rayon üzrə əsas xərc istiqamətlərindən biri inzibatı binaların abadlaşdırılmasıdır. Heç kəsə sirr deyil ki, bu məqsədlə ayrılan vəsaitlərin yalnız 10-15 faizi təyinatı üzrə xərclənir. Dünən 5-i uşaq olmaqla, 15 nəfər insanın həlak olmasına səbəb olan hadisənin baş verməsinin əsas səbəbi ölkədə mövcud olan rüşvətxorluq və dövlət büdcəsinin bu məqsədlə talan edilməsidir. Onun da başlıca günahkarları aidiyyatı dövlət strukturlarının rəhbərləridir. Odur ki, bu hadisə ciddi araşdırmalı və əsil günahkarlar cəzalandırılmaldır”.
Strateq.az