XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

05 Avqust 2020 - 12:04

Nazir:“Ölkədə lazımi həcmdə ehtiyatın yaradılması təmin edilib”

“Dövlət sərəncamda olan bütün ehtiyatlardan istifadə edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, DSMF-nin əlavə gəlirlərindən də artıq istifadə olunur: “Bu ilin 6 ayında dövlət büdcəsinin əlavə mədaxili də istifadəyə verilir. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü siyasət ölkəmizdə lazımi həcmdə ehtiyatların yaradılmasını təmin edib. Bu gün biz başqa dövlətlərdən fərqli olaraq beynəlxalq maliyyə qurumlarından kredit almaq üçün müraciət etmirik. Bu həmin siyasətin nəticəsidir. Cari ildə mövcud vəziyyətlə əlaqədar Neft Fondunun gəlirləri azalacaq. Lakin əvvəlki 3 aydan fərqli olaraq Neft Fondunun ehtiyatları praktiki olaraq eyni səviyyəyə qayıdıb. İqtisadiyyata bu gün müvafiq maliyyə dəstəyi verilməlidir ki, mənfi təsirləri azalda bilək. Bu dəstəyin verilməsi olduqca vacibdir”.