XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

05 Avqust 2020 - 17:22

Abşeron və Hövsan Olimpiya kompleksləri koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli xəstəxanaya çevrilib- FOTO

Koronavirusun yayılmasının qarşısını alınması məqsədilə ölkə rəhbərliyinin müvafiq göstərişləri əsasında Gənclər və İdman Nazirliyinin tabeliyində olan Abşeron Olimpiya İdman Kompleksinin müvəqqəti xəstəxanaya çevrilməsi ilə bağlı qərar verilib.

APA-nin məlumatına görə, açılışda Gənclər və İdman naziri Azad Rəhimov və TƏBİB-in İdarə Heyərinin sədri Ramin Bayramlı iştirak ediblər.

R. Bayramlı qeyd edib ki, kompleksdə 277 çarpayı yeri var: “Bu çarpayılar hamısı oksigen balonu ilə təchiz olunub. Kompleksdə xəstələrin müalicəsində zəruri olan oksigenin müvafiq həcmdə tam təmin edilməsi üçün Türkiyədən alınaraq 54 kub/mete gücündə müasir Oksigen İstehsalı Stansiyası quraşdırılıb. Bundan başqa, burada Ekomak kompressoru, qurutma-soyutma qurğusu, 95 faizdən artıq oksigen təmin etmək imkanı olan Mediadan oksigen generatoru və digər avadanlıqlar qurasdırılıb”.

Qeyd edək ki, Hövsan Olimpiya İdman Kompleksi də modul tipli xəstəxanaya çevrilib.