XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

05 Avqust 2020 - 20:17

Baş Prokurorluğun idarəsində struktur dəyişiklikləri aparılıb- Yeni şöbələr yaradılıb

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri aparılıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri aparılmaqla mövcud idarənin bazasında daha çevik, mobil və dinamik idarəetməyə malik şöbələr – Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil, Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi, Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbələri yaradılıb.