XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 06:35

Yanan binada həlak olanların dəfn olunacağı yerlər açıqlanıb –Siyahı

bina yan.jpg

Dünən Binəqədi rayonu, Azadlıq prospektində yanan binada dünyasını dəyişənlərin harada dəfn ediləcəyi bəlli olub.

Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova Lent.az-a açıqlamasında deyib ki, dünyasını dəyişən şəxslərdən ikisi Binəqədi rayonunda dəfn ediləcək. Şöbə müdiri qeyd edib ki, dünyasını dəyişən digər şəxslər doğulduqları və ya yaxınlarının dəfn edildikləri rayonlarda torpağa tapşırılacaqlar: “Balaca Fərəh Qubada dəfn ediləcək. Yas mərasimi isə Xaçmazda veriləcək. ölkə başçısının göstərişinə əsasən hər bir dəfn mərasimi və dəfnin xərcləri müvafiq rayon icra hakimiyyəti tərəfindən qarşılanacaq”.

siyahi.png