Milli Məclisin sədri Oqtay Əsədov mətbuatın bəzi məsələləri şişirtməsindən narazılığını bildirib.
APA-nın məlumatına görə, O. Əsədov parlamentin bu gün keçirilən iclası barədə ictimaiyyətdə yaranan ajiotaja toxunub: “Milli Məclisin nizamnaməsində qayda var ki, Milli Məclis ayda 2 dəfə toplana bilər.
Bu gün çağırılan iclasımızın növbədənkənar, xüsusi iclas olmasını elə qabardırlar ki, guya fövqəladə nəsə baş verib. Bizim fövqəladə iclasımız olanda adətən sessiya bitəndən sonra xüsusi halda toplanırıq. Mən mətbuatdan çox xahiş edirəm ki, bunu nəzərə alsın”.