XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2020 - 10:12

UEFA həftənin oyunçusu adına namizədləri açıqladı

UEFA Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. 

Bu ad uğrunda 4 nəfər mübarizə aparacaq. Bunlar İngiltərə “Vulverhempton”unun qapıçısı Ruy Patrisiu, İspaniya “Sevilya”sının müdafiəçisi Serxio Regilon, Danimarka “Kopenhagen”inin hücumçusu Yonas Vinn və Ukrayna “Şaxtyor”unun forvardı Junior Moraesdir.

Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Qeyd edək ki, “Vulverhempton” 1/8 final mərhələsində Yunanıstan “Olimpiakos”unu (1:1, 1:0), “Sevilya” İtaliya “Roma”sını (2:0), “Kopenhagen” Türkiyə “Başakşehir”ini (0:1, 3:0), “Şaxtyor” isə Almaniya “Volfsburq”unu (2:1, 3:0) mübarizədən kənarlaşdırıb. (report)