Gürcüstanda daha 7 nəfərdə koronavirus aşkarlanıb, 7 pasiyent müalicə olunaraq sağalıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 1 213, sağalanların sayı isə 994 nəfərə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 6 680, stasionar nəzarətdə isə 333 nəfər saxlanılır. (report)