XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

08 Avqust 2020 - 10:22

Sumqayıt əhalisinin sayı artıb- Statistika Komitəsi

Sumqayıtda yaşayan əhalinin sayı açıqlanıb.

Bu barədə APA-nın yerli bürosuna Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən məlumat verilib.

2020-ci ilin iyul ayının 1-nə olan statistikaya görə, Sumqayıt şəhər əhalisi 345,9 min nəfər olub.

Bu göstəricilərə əsasən Sumqayıt şəhərində 308,6 min nəfər, Hacı Zeynalabdin qəsəbəsində 23,6 min nəfər, Corat qəsəbəsində isə 13,7 min nəfər əhali yaşayır.

Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2000 nəfər və ya 0,6 faiz artıb.