XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

06 İyun 2020 - 10:36

Əfqan qaçqınlarına ərzaq və tibbi yardım ləvazimatları paylanılıb –FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının vəsaiti ilə Azərbaycanda daimi yaşayan əfqan qaçqınlarına “koronavirus pandemiyası şəraitində” yardım layihəsi üzrə əfqanlara ərzaq məhsulları və tibbi ləvazimatlar paylanmışdır.

Təşkilatın sədri Nazlı Zeynalova pandemiya dövründə belə yardımın sonuncu olmadığını söylədi. Pandemiya dövründə işləməyən, təcrid şəraitində yaşayan və heç yerdən qacancı olmayan şəxslərin qayğısına qalmaq xalqımıza məxsus xüsusiyyətdir. Bu insanların nə kömək istəməyə yaxın adamları nə də üz tutacaqları tanışları var. Əvvəlki yardımlarımlaırımızla bağlı BMT QAK xüsusi klip hazırlamış və onu bütün dünyada yaymışdır. Qeyd edim ki, əfqan qaçqınları Azərbaycan dilini yaxşı bilmədikləri üçün pandemiya ilə bağlı verilən qərarlarla tanış ola bilmir, təcrid şəraitində necə icazə almaq və necə davranmaq lazım olduğunu bilmirlər. Biz onlara bu qaydaları izah edirik. Onlar özləri də bizdən öyrəndiklərini digər qaçqınlara çatdırırlar.

Bu dəfə ki, yardım kampaniyasında 25 qaçqın ailəsinə yardım göstərilmişdir.