XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

08 Avqust 2020 - 10:44

“Əfqan qaçqınlarına yardım edilib” –İctimai Birlik

“Azyaşlıların hüquqi maariflənməsinə kömək” İctimai Birliyi, BMT QAK-ın Bakı ofisi və Azərbaycanda daimi yaşayan əfqan qaçqınları icması arasında əməkdaşlıq davam etdirilir. Ənənəvi olaraq müsəlman bayramlarında qaçqınları yad edən, onlara maddi və mənəvi yardım göstərən “Azyaşlıların hüquqi maariflənməsinə kömək” İctimai Birliyi öz ənənəsinə sadiq olaraq Müqəddəs Qurban Bayramında da onları yaddan çıxarmır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının vəsaiti ilə Azərbaycanda daimi yaşayan əfqan qaçqınlarına “koronavirus pandemiyası şəraitində” yardım layihəsi üzrə əfqanlara bayram hədiyyələri paylanmışdır. İctimai Birliyinin üzvləri pandemiya şəraitində müəyyən edilmiş qaydaları gözləməklə 25 əfqan ailəsinə yardım göstərmişdir. Yardım paketində bayram üçün zəruri olan ərzaq məhsulları və sanitar gigiyenik-tibbi ləvazimatlar olmuşdur. Əfqanlar pandemiya şəraitində onlara 4-cü dəfə yardım göstərən təşkilatın üzvlərinə, QHT şurasına və Azərbaycan hökümətinə minnətdarlıqlarını bildirmişdir.

Xatırladırıq ki, “Azyaşlıların hüquqi maariflənməsinə kömək” İctimai Birliyi əfqan qaçqınlarına təkcə maddi kömək göstərmir, eyni zaman da koronavirus epidemiyası şəraitində müəyyən edilən davranış qaydalarının, qaçqınlarla bağlı qəbul edilən qərarların məzmununu izah edir, qaydalara əməl edilməsi, icazə alınması, maskalardan istifadə, məsafə saxlama və s.bağlı maarifçilik işi aparır. Zəruriyyət olduqda qaçqınlara hüquqi məsləhət verir. Bütün bu işlər onlayn qaydasında həyata keçirilir. Əfqan qaçqınları üzləşdikləri problemlə bağlı hər an təşkilatın hüquqşünasları və ekspertləri tərəfindən dəstək ala bilirlər.