XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2020 - 13:42

“Koronavirus pandemiyası şəraitində” yardım layihəsi üzrə əfqanlara yardım paylanıb –FOTO

Növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının vəsaiti ilə Azərbaycanda daimi yaşayan əfqan qaçqınlarına “koronavirus pandemiyası şəraitində” yardım layihəsi üzrə əfqanlara yardım paylanmışdır.

Əsasən ərzaq məhsullarından və tibbi-ləvazimatlardan ibarət olan yardımlar, heç bir gəliri və maddi dəstəyi olmayan əfqan ailələrinə paylanmışdır. 25 ailəni əhatə edən bu dəfə ki yardım kampaniyası əsasən şəhərin yeni yasamal yaşayış massivində yerləşən qaçqınnlara verilmişdir. Layihənin eksperti, uzun illər qaçqınlarla işləyən Leyli Quliyeva belə yardımların verilməsini yüksək qiymətləndirmiş, ölkəmizin müsbət humanitar imicinin yaranması üçün vacib hesab etmişdir. Onun sözlərinə görə BMT QAK-ın Bakı ofisi, Dövlət Miqrasiya Xidməti, Əfqan səfirliyi və əfqan icmasının üzvləri bu prosesi izləyir, digər ölkələrə nümunə kimi göstərirlər. L.Quliyevanın sözlərinə görə QHT Şurasının vəsaiti ilə göstərilən belə yardımlar pandemiya dövründə yenə də göstəriləcəkdir.

Əfqanlar bu humanist addıma görə Azərbaycan dövlətinə, QHT Şurasına, təşkilatın üzvlərinə minnətdarlıqlarını bildirmişlər.