XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 August 2020 - 15:38

“Qarabağ”ın rəqibi bəlli oldu –Çempionlar Liqasının püşkləri atıldı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Strateq.az xəbər verir ki, “Qarabağ” Makedoniyanın “Sileks” ilə üz-üzə gələcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda püşkün nəticəsinə əsasən matçı evdə keçirəcək.

Püşkatmanın nəticələri:

“Ferentsvaroş” (Macarıstan) – “Yurqorden” (İsveç)
“Seltik” (Şotlandiya) – KR (Reykyavik, İslandiya)
“Legiya” (Varşava, Polşa) – İlkin mərhələdə “Linfild” (Şimali İrlandiya) / “Drita” (Kosovo) cütünün qalibi
“Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq)
“Konnas Ki” (Uels) – “Sarayevo” (Bosniya və Herseqovina)
“Srvena Zvezda” (Serbiya) – “Europa” (Cəbəllütariq)
“Buduçnost” (Podqoritsa, Monteneqro) – “Lüdoqorets” (Bolqarıstan)
“Ararat-Armenia” (Ermənistan) – “Omoniya” (Kipr)
“Floriana” (Malta) – ÇFR (Kluj, Rumıniya)
“Makkabi” (Təl-Əviv, İsrail) – “Riqa” (Latviya)
“Qarabağ” (AZƏRBAYCAN) – “Sileks” (Şimali Makedoniya)
“Dinamo” (Tbilisi, Gürcüstan) – “Tirana” (Albaniya)
“Dinamo” (Brest, Belarus) – “Astana” (Qazaxıstan)
“Dinamo Tbilisi (Gürcüstan) – “Tirana” (Albaniya)
“Molde” (Norveç) – “KuPS” (Finlandiya)
“Flora” (Tallin, Estoniya) – “Suduva” (Litva)
“Tselye” (Sloveniya) – “Dandolk” (İrlandiya)
“Kİ (Klaksvik, Farer adaları) – “Slovan” (Bratislava, Slovakiya)

Qeyd edək ki, birinci təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək.