XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

10 Avqust 2020 - 10:38

Gürcüstanda COVID-19:son sutkada 25 yoluxma qeydə alınıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 25 yoluxma halı qeydə alınıb. 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 250 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7 068 nəfər karantində saxlanılır, 242 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 010 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir. (apa)