XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 August 2020 - 11:12

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin rejimi götürüldü

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində sərt karantin rejimi ləğv olunub.

Ötən gün kənddə əhalinin kütləvi testdən keçirilməsi prosesi başa çatdırılıb.

Bu gündən Qaracalara giriş-çıxış bərpa olunub, bütün məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd edək ki, Qaracalar iyulun 24-dən koronavirusun yayılması təhlükəsi ilə bağlı təcrid olunmuşdu. Qardabanidə indiyədək 71 nəfərdə COVID-19 aşkarlanıb, 10 nəfər artıq sağalıb. Yoluxma hallarının 42-si Qaracalarda qeydə alınıb.   (report)