XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

10 Avqust 2020 - 12:49

“Peşə təhsili üzrə qəbul planına 8 260 yer ayrılıb” –Pərviz Yusifov

“2020-2021-ci tədris ilində peşə təhsili üzrə qəbul planına 8 260 yer ayrılıb”.

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib. O bildirib ki, bunlardan 11 040 yer dövlət , 7220 yer qəbul isə ödənişli əsaslarla həyata keçirələcək.

“Nazirlər Kabinetinin qərarına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, həmçinin I, II və III dərəcə əlilliyi olanlar, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan  şəxslər ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Həmçinin  2020-2021-ci tədris ilində müvafiq sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin yarısı dövlət hesabına qarşılanacaq”.

P.Yusifov qeyd edib ki,  bu ilin sonuna ixtisaslar üzrə təsnifat yenidən hazırlanacaq: “Burada əsas məqsəd peşə təhsilinə yeni ixtisaslar gətirmək, köhnə ixtisasları isə çıxarmaqdır. Növbəti ildə tam hazır təsnifatla qəbul aparılacaq”.