XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 August 2020 - 22:16

İctimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin vəzifələri artırılıb- Qanun

Məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.