XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 07:37

Yanğında ölən balaca Fərəh dəfn olundu – Ürəkdağlayan FOTOLAR

Dünən Bakıda baş verən yanğında zəhərlənmədən dünyasını dəyişən Məhərrəmova Fərəh Elnur qızı dəfn edilmək üçün Xaçmaza aparılıb.

Məlumata görə, Fərəh bu gün Qubada dəfn edilib. Körpənin dəfninin bütün xərclərini isə Xaçmaz İcra hakimiyyəti öz üzərinə götürüb(ANS).

Bundan başqa, yanğından sonra gecə saatlarında dünyasını dəyişən 65 yaşlı Elmira Yəhyayeva da dəfn edilmək üçün Qubaya gətirilib. Onun oğlu Murad Yəhyayevin verdiyi məlumata görə, Muradın həyat yoldaşı – 30 yaşlı Nigar, övladları 6 yaşlı Leyla və 4 yaşlı Sevinc, Qubadan qonaq gedən bacısı Rəhimə Ələkbərova hal-hazırda xəstəxanadadırlar.

Xatırladaq ki, dünən Bakıda Azadlıq prospektində 16 mərtəbəli binada yanğın baş verib. Hadisə nəticəsində 15 nəfər ölüb, 60-dan çox yaralı var.