XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

11 Avqust 2020 - 15:42

Qubada toy mərasimi dayandırılıb, bəy də daxil olmaqla 30 nəfər saxlanılıb –DİN

Qubada karantin rejiminin qaydalarını pozaraq toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayonun Qəçrəş kəndi ərazisində yerləşən restoranların birində toy mərasimin keçirildiyini aşkarlayıblar.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toy mərasimi dərhal dayandırılıb, restoranın sahibi Firdovsi Əliyev, bəy Alim Mirzəyev və 28 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. F.Əliyev, A.Mirzəyev və məclisdə iştirak edən digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib olunaraq 200 manat məbləğində cərimə ediliblər.