XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 August 2020 - 16:12

Təhsil Nazirliyi:"Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib"

Məktəblərə tədrisin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən heç bir təlimat verilməyib.

Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bəzi ictimaiyyət nümayəndələri nazirliyə tədrisin təşkili və məktəblər açılacağı təqdirdə fəaliyyətin təşkili ilə bağlı təkliflər daxil olub.

Bu təkliflərin nazirliyə daxil olmasını ictimaiyyətlə qurulan əks əlaqə mexanizmi kimi dəyərləndirən C.Valehov bildirib ki, məktəblərin hansı formada açılacağı bəlli deyil. Hazırda bununla bağlı müzakirələr aparılır, təkliflər qiymətləndirilir.